... Mən bitdim ...
Fərz etki günəş idim, məni seçdin.
Dört fəsil sənə çıxdım hər səhər, isinirdin.
Və bir gün bulutlarla örtdün məni, bezdin!
Mən bitdim...
Yada ki bir külək kimi əsib keçdim.
Sərin yox soyuq idim, çox üşüdün.
Hiss etmədin, bir az daha yavaş əsdim.
Və yenə də dözmədin -
Mən bitdim...
Bəlkə bir yıxım vardı həyatında
Dayaq idim, təmir bitdi, mən bitdim...
Yada əlacı məndə olan yaran vardı,
O yara sağalarkən, bir tərəfdən mən bitdim...
Yəqin ən xoş məşğuliyyətin -
Boş vaxtını sıxıntıdan arındıran...
Yada kimisə əvəz edən bir qonaq.
Bu gün artıq "O" gəldi, mən getdim...
Bəlkə də bir yuxu, röya idim.
İlahisi sən olan bir dünyanın qulu kimi.
Şirin idim, ancaq sən oyanacaqdın!
Oyandın, mən bitdim...
Nədə ki bir ilkin idim, kəşfin idim.
Başqa ilklər kəşfindəsən.
Bəlkə çoxdan etmisən, mən bitdim...
Sənin bəlkə hər şeyindim,
Əksik bir şey istəyirdin...
Bəlkə də bir heçin idim - önəmsiz və yaralı...
Nə qədərdi demədən, acına, sevincinə,
Hər şeyinə məndən verdin!
Mən bitdim...
Necə? niyə? - axı bilmədim ki mən...
Mən sənin nəyin idim?
Axı sənin nəyin idim, ki mən bitdim?
yazar: Elcan Hidayet (facebook.com/elcanfanpage)